خوراسان ﺗورکلرین دیل و کولتورلری

زبان و فرهنگ ترکان خراسان

یئنی ایلین تبریک لری

+0 به یه ن

یئنی ایلین تبریک لری

بولودوز یاغار اولسون ، سولاریز آخار اولسون ، اوجاقیز یانار اولسون ، نوروزبایرامینیز موبارک اولسون

 Buluduz yağar olsun . sularız axar olsun . ocağız yanar olsun . novruz bayramınız mübarək olsun

 

بایرام گوزللیک دیر ، گوزللیک لر سیزین اولسون ، بایرام اوموددور ، اومودلرینیز گرچک اولسون ، نوروز بایرامینیز موبارک اولسون

Bayram gözəllikdir . gözəlliklər sizin olsun . bayram ümüddür . ümüdləriniz gərçək olsun . novruz bayramız mübarək

 

"یئنه گلیر نازلی باهار ، نازلی یاز، هامینین یازیسین بو ایل یاغلی یاز

جان ساغلیغی ، جیب وارلیغی، اولوم آز، مهریبان آللاهیم ، بئله یازی یاز."

"تازا ایلینیز موبارک اولسون."

yenə gəlir nazlı bahar nazlı yaz

hamının yazısını bu il yağlı yaz

can sağlığı cib varlığı ölüm az

mehrıban Allahım belə yazı yaz

yeni iliniz mübarək olsun

 

"گوزل اینسانلار ، گوزل گونلرده یادا دوشرلر"بو گوزل گونده دونیانین بوتون گوزللیک لری سنین حایاتین دا اولسون..." نوروز بایرامی سنه موبارک اولسون

gözəl ınsanlar gözəl günlərdə yada düşərlər . bu gözəl gündə dunyanın bütün gözəllikləri sənin hayatında olsun . novruz bayramı sənə mübarək

سیزی بوگون کی نوروز بایرامی مناسیبتی ایله تبریک ائدیرم.قوی همیشه بئله گوزه ل بیر گونده بیر-بیری میزه اس ام اس یازاق.قوی همیشه پول لاریمیز بئله شئی لره گئتسین. بایرامینیز موبارک

 sizi bügün ki münasibətilə təbrik edirəm . qoy həmişə belə gözəl bir gündə birbirimizə sms yazaq . qoy həmişə pullarımız belə şeylərə getsin . bayramınız mübarək .

  سیزه چوخ عزیز و دیرلی اولان نوروز بایرامین تبریک ائدیرم.سیزه جان ساغلیغی، سوفره نیزین بول و برکتلی اولماسین آرزو ائدیرم، قوی بوتون آرزولارینیز یئرینه یتشسین، نوروز بایرامینیزی تبریک ایدیرم!!!

  sizə çox əziz və dəyərli olan novruz bayramını təbrik edirəm . sizə can sağlığı sufranızın bol və bərəkətlı olmasını arzu edirəm . qoy bütün arzularınız yerinə yetişsin . novruz bayramızı təbrik edirəm

 

کونلومده وار مین آرزو مین بیر دیلک،

گل باریشاق نازلی یاریم کوسمیک

با هم اولاق بایرام گونو بیز گرک

نوروز گونو اولسون سنه موبارک

 

könlümdə var min arzu minbir dilək

gəl barışaq nazlı yarım küsmüyək

bahəm olaq bayram günü biz gerək

novruz günü olsun sənə mübarək

 

آرزوم بودور غصه - غمین یوخ اولسون، اورک لردن دردلر گئتسین ، سئوگی پایئن چوخ اولسون! نوروز بایرامینیز موبارک

 arzum budur qussə qəmin yox olsun

ürəklərdən dərdlər getsin sevgi payın çox olsun

novruz bayramınız mübarək

 

 بو تازا ایلده اوره یینده توتدوغون آرزولارینین گرچک لشمه سینی آرزو ایدیرم، بایرامینیز مبارک

bu taza ildə ürəyində tutduğun arzularının gərçəkləşməsini arzu edirəm . BAYRAMINIZ MÜBARƏK .

 

سئوگیلیم بو بایرام مناسیبتین صمیم قلب دن تبریک ائدیرم، بو ایل بیزه دوشرلی اولار

sevgilim bu novruz bayramını bütün vujudumla sənə təbrik deyirəm . bu il sənə düşərli olsun əzizim .

 

تازا ایلده. سیزه گون کیمی پارلاق، چای کیمی آخارلی حیات آرزولایرام

taza ildə sizə gün kimi parlaq və çay kimi axarlı hayat arzulayıram . Bayramız mübarək olsun .

 

یئنی ایلین موبارک !  یئنی ایل سنه یئنی اوغورلار گتیرسین . یئنی ایلده سنه خوش آرزولار و بو آرزولارینین حایاتا کئچمه سینی آرزولاییرام

Yeni ilin mübarək! Yeni il sənə yeni uğurlar gətirsin. Yeni ildə sənə xoş arzular və bu arzularinin həyata keçməsini arzulayıram.

 

 بایرامینیز موبارک ! نئچه بئله بایراملار . قوی بو یئنی ایل سیزه و آیله نیزه سئوینج ، اوغور گتیرسین . بوتون کدرلی گونلرینیز بو ایلده قالسین . یئنی ایلده گوزل و شن گونلره چیخاسیز

 Bayramınız mübarək! Neçə belə bayramlara. Qoy bu yeni il sizə və ailənizə sevinc, uğur gətirsin! Bütün kədərli günləriniz bu ilde qalsın! Yeni ildə gözəl və şən günlərə çıxasız!

 

 شکر کیمی دادلی، ناغیل کیمی گوزل بیر ایل آرزولاییرام سنه . قارشیندان گلن یئنی ایلین جان ساغلیغی ، اوغور و سعادتله دولو اولسون . نئچه بئله بایراملارا

Şəkər kimi dadlı, nağıl kimi gözəl bir il diləyirem sənə.Qarşıdan gələn Yeni ilin can sağlığı,uğur və səadətlə dolu olsun. Neçə belə bayramlara

 

  بایرامیز موبارک ! اوره یینیز اومودلو ، اومودلرینیز آتلی ، سئودانیز قانادلی ، سئوینجیز قاتلی ، سوفرانیز دادلی ، مکانیز تختلی ،عومرونوز بختلی ، ائوینیز برکتلی اولسون

Bayramınız mübarək, üreyiniz ümüdlü, ümüdləriniz atlı, sevdanız qanadlı, sevinciniz qatlı,sufranız dadlı, məkanınız taxtlı, omrunuz bəxtli, eviniz bərəkətli olsun!

 

 یوردوموزا آیاق باسمیش باهار بایرامیزی تبریک ائدیرم . قدملری اوغورلو ، کونول اوخشایاجاق سئوینجلیگ.نلری بول اولسون . بایرامیز موبارک

Yurdumuza ayaq basmış, Bahar bayramızı təbrik edirəm. Qədəmləri uğurlu, konul oxşayacaq sevincli günləri bol olsun. Bayramız mübarək!

 

 قوی بو طراوتلی نوروز بایرامی سوفره نیزه روز و برکتله ، قلبینیزی خوش حیسلرله دولدورسون  ، ساغلاملیغینیز محکم آرزولارینیز سونسوز ، اومودلرینیز گرچک اولسون

Qoy bu təravətli Novruz bayramı sufrənizi ruzu və bərəkətlə, qəlbinizi xoş hislərlə doldursun.Sağlamlığınız mohkəm, arzularınız sonsuz, ümüdləriniz gərçək olsun!

 یئنی ایلین موبارک ! او گون السون کی یئنی ایلده بوتون آرزولارین یئرینه یئتیشسین

Yeni ilin mübarək! O gün olsun ki, yeni ildə bütün arzuların yerinə yetişsin

قایناق : قاراداغ وبلاقی